Azərbaycanın siyasi partiyarı Türkiyəyə YARDIM EDİRMİ? SORĞU

Siyasət 12:13 08.02.2023

Xəbər verdiyimiz kimi, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. Bir çox insan zəlzələdən zərər çəkənlərə kömək etmək üçün hərəkətə keçib. Dünyanın müxtəlif ölkələrindən zəlzələ qurbanlarına yardım kampaniyası həyata keçirilir. 

Azərbaycan siyasi partiyaları Türkiyədə zəlzələdən zərərçəkən insanlara nə kimi yardım tədbirləri görür? 

Edenws bununla bağlı siyasi partiya rəhbərləri arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Partiya üzvləri şəxsi təşəbbüsləri ilə hazırda yardım toplama kampaniyasında iştirak edirlər. Bu haqda bizə məlumat verirlər. Partiya kollektivi olaraq isə müəyyən məbləğ toplamışıq. Maddi yardımı bu gün ya sabah banka köçürəcəyik. Bu gün əsas məsələsə zəlzələnin nəticələrinin aradan qaldırlmasıdır. Əsas vətəndaşların xilas olmasıdır. İnsanlara yardımların göstərilməsidir. Güman edirəm ki, türk milləti daxili, siyasi münasibətlərin fövqündə durur. Belə də olacaqdır, yaralarını saracaqdır. Daxildəki seçkilər, siyasi məsələlər isə dövətin mənafeyinə uyğun həll ediləcəkdir. Eyni zamanda hesab edirəm ki, bu fəlakət türk cəmiyyətini, vətəndaşını, dünya türklərini bir arada olmaq, həmrəylik nümayiş etdirmək, yardımlaşmaq uğrunda mübarizəyə qoşacaq”. 

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev:

“Qardaş Türkiyədə baş verən faciə ilə bağlı Müasir Müsavat partiyasının, siyasi şuranın bütün üzvləri, rayon təşkilatları səfərbər edilib. Artıq yardımlarımız davam edir. Partiya üzvləri evlərindən yorğan, döşək, imkanı daxilində maddi kömək, lazım olan tədbirləri, əllərindən gələn hər şeyi edirlər. Bundan sonra da yardım fəaliyyətimizi davam etdirəcəyik. Hətta imkan versələr, Müasir Müsavat partiyasının üzvlərinin müraciəti var ki, onlar Türkiyəyə getmək istəyirlər. Faciə baş verən yerdə qardaşlarımıza, bacılarımıza kömək etmək istəyirlər. Bütün vasitələrə əl atmışıq. Bu gün də yardım davam edir, axıra qədər də davam edəcək”. 

Azad Vətən partiyasının sədri Akif Nağı:

“Türkiyə üçün maddi yardım toplamışıq. Bütün partiya üzvləri bundan xəbərdardır. İsti paltarlar, lazım olan ehtiyaclar toplanır. Gün ərzində yardım üçün toplanan ianələr ofisə yığılacaq. Çox güman ki, sabaha yardımızı qardaş ölkəyə çatdıracağıq. Kömək etmək borcumuzdur. Yardımızımı davam etdirəcəyik”. 

AĞ partiya sədri Tural Abbaslı:

Həm partiya olaraq, həm də partiyanın ayrı-ayrı üzvləri Türkiyəni bu və ya digər formada yardım göndərirlər. Rayon təşkilatlarımızda da yardım edilir. Bəziləri paltar, ədyal, bəziləri də əşya, ərzaq, pul yardımı edirlər. AĞ partiya adından rəsmi olaraq Ziraat bankına bəlli məbləğ göndərəcyik. Bu rəqəm simvolik də ola bilər. Mən demirəm ki, bizim yardımımız böyük olacaq, amma hər halda mövqeyimizi göstərəcyik. Həzrəti İbrahimin yandırılması məqamında qarışqanın bir damcı su daşıması kimi, odu söndümək üçün etdiyi mübarizə kimi olacaq. Bütün üzvlərimiz əllərindən gələn köməyi edirlər. Bütün Azərbaycan xalqı bu məsələdə yekdildir. 

Kommunist partiyasının rəhbəri Rauf Qurbanov:

“Azərbaycan Kommunist Partiyası, Mərkəzi Komitəsi Türküyədə baş vermiş fəlakətlə əlaqədar Türküyə Kommunist, İşçi və Vətən partiyalarına Azərbaycan kommunistləri adından dərin hüzürlə baş sağlığı ünvanlayıb. 

Madddi yardımla əlaqədar sualınıza cavab olaraq onu deyə bilərəm  ki, hər bir kommunist fərdi şəkildə, öz imkanları daxilində Türküyəli soydaşlarımıza kömək edəcəkdir”.

Qeyd edək ki, son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb, 37 011 nəfər isə yaralanıb.

Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Yaponiyada hərbi təyyarə qəzaya uğradı
13:17 14.05.2025
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
13:14 14.05.2025
Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək
13:12 14.05.2025
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
13:05 14.05.2025
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək
13:01 14.05.2025
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
12:56 14.05.2025
Günəşdə güclü partlayış baş verib
12:49 14.05.2025
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
12:46 14.05.2025
Perunun hökumət başçısı istefa verib
12:43 14.05.2025
"İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik"
12:38 14.05.2025
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
12:32 14.05.2025
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
12:29 14.05.2025
Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
12:25 14.05.2025
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
12:18 14.05.2025
Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb
12:08 14.05.2025
Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib
12:04 14.05.2025
Azərbaycanlı skripkaçının növbəti uğuru
12:01 14.05.2025
Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub
11:58 14.05.2025
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
11:55 14.05.2025
Tramp Suriyanın keçid dövrü prezidenti ilə görüşüb
11:47 14.05.2025
ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
11:36 14.05.2025
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
11:33 14.05.2025
Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
11:28 14.05.2025
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
11:17 14.05.2025
Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
11:08 14.05.2025
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
10:55 14.05.2025
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
10:49 14.05.2025
Qazaxıstanda sənaye məqsədilə çətənə yetişdirilməsi leqallaşdırıla bilər
10:41 14.05.2025
Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
10:40 14.05.2025
Türkiyənin Rusiya-Ukrayna sülh prosesindəki rolu necə dəyişir?
10:39 14.05.2025
"Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb"
10:35 14.05.2025
Türkiyədə NATO XİN başçılarının ikigünlük toplantısı başlayır
10:25 14.05.2025
Böyük Britaniyada bu yaz tarixdə ən quraq bahar mövsümü ola bilər
10:23 14.05.2025
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək
10:21 14.05.2025
Gürcüstanda miqrasiya siyasəti sərtləşdirilir
10:18 14.05.2025
Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
10:18 14.05.2025
Husilərin İsrail ərazisinə atdığı raket zərərsizləşdirilib
10:12 14.05.2025
Talaçaydan sel keçir
10:07 14.05.2025
Alimlər COVID-19 peyvəndinin keyfiyyətində irəliləyiş əldə ediblər
09:56 14.05.2025
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
08:53 14.05.2025
Hamısı