Beynəlxalq Koalisiyasının üzvləri Xocalıların qətl edildiyi “Ölüm dəhlizində”

Siyasət 21:20 25.02.2023
25 fevral 2023 Bu gün Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının (Khojaly: Recognize to Reconcile Coalition) nümayəndələri xocalıların qətl edildiyi Xocalı ilə Ağdam arası yolda yerləşən “Ölüm dəhlizinə” səfər ediblər.
 
1992-ci il 26 fevral tarixində erməni quldur dəstələri tərəfindən Xocalı işğal edilərkən, erməni terrorçuları guya bu yolun “humanitar kordior” kimi təmin edilməsini bildirmiş, lakin elə həmin koridorda yüzlərlə dinc insanı qətlə yetirmişdilər.
 
Ednews xəbər verir ki, bütün bunlar ilk dəfə bu əraziləri ziyarət edən xarici hüquq müdafiəçilərinin səsləndirdiyi bəyanatda da öz əksini tapıb:
 
“Human Rayts Votç (HRW) və Memorial kimi beynəlxalq qurumlar tərəfindən də burada beynəlxalq humanitar hüququn açıq pozulması – mülki şəxslərin canlarını qurtarmaq istərkən güllələnərək öldürüldüyü- faktlarla təsdiq edilib və sənədləşdirilib”-deyə Koalisiyanın açıqlamasında qeyd olunur.
 
Koalisiya üzvü olan xarici hüquq müdafiəçiləri Xocalı faciəsi şahidləri ilə də görüşüblər. Məşhur hüquq müdafiəçisi, “Srebrennisa Anaları” Assosiasiyasının sədri, özü Srebrennisa qətliamı zərərçəkənlərindən olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, qanlı hadisə zamanı 3 günlük qızını itirmiş Mehriban Vəkilova ilə təsirli söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdaq altına atıldığının daha bir sübutu olub.
 
Daha sonra Koalisiya üzvləri humanitar dəhlizin “Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 km-liyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə yadigar olaraq zeytun ağacı əkiblər.
 
Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə Koalisiyanın şüarını əks etdirən “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil”  (“Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış xüsusi poster yerləşdirilib.  
 
İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun  səsləndirdiyi Beynəlxalq koalisiyanın bəyanatında qeyd olunub ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticlərinin aradan qalxması ilə nail olmaq olar.
 
“Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizinə” çevrilmiş dırnaqarası “humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxaq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir.” – deyə bəyanatda qeyd olunur.
 
Sonda natiq  bəyan edilən hədəflər istiqamətində Koalisiyanın “Etiraf və barışıq” adlı praktik proqramının sabah Bakıda keçid ədaləti mövzusunda keçiriləcək konfransda təqdim ediləcəyini bildirdi.
 
Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət etdilər, burada dəfn edilmiş faciə  qurbanlarının ruhlarına dualar oxudular.
 
Ağdama səfər çərçivəsində qonqalara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verildi.
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı