Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.
Səfər zamanı Azərbaycan və Türkiyə prezidentəri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları görüşdə sülh gündəliyini də müzakirə ediblər.
Bu yaxınlarda Sergey Lavrovun da Bakıya səfər edəcəyi gözlənilir. Görüş zamanı regionla bağlı məsələlərdən danışılacağı gözlənilir. Bəs Cənab İlham Əliyevin Lavrov görüşü öncəsi Türkiyə səfərinin məqsədi nədir?
Məsələ ilə bağlı Ednews-a türkiyəli siyasi ekspert Hüsaməddin İnaç danışıb. O, Rusiyanın Qarabağda gücünü itirmək istəmədiyini, ancaq bu məsələlərdə Azərbaycanın Türkiyə ilə birgə hərəkət etdiyini deyib.
Əbülfət Baxşəli