Qərbi azərbaycanlıların Ermənistana qaytarılması məsələsinə Moskvadan REAKSİYA - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Qərbi azərbaycanlıların Ermənistana qaytarılması məsələsinə Moskvadan REAKSİYA

Siyasət A- A A+
Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə münasibət bildirib. 
 
Ednews xəbər verir ki, bu barədə XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında danışıb.
 
Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır.
 
Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir:
 
“Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...