Zelenski Xersona getdi - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Zelenski Xersona getdi

Siyasət A- A A+
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinə işgüzar səfərə gəlib.
 
Ednews  xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram kanalı məlumat yayıb.
 
“Xerson vilayətinə işgüzar səfərdəyəm. Rusiyanın genişmiqyaslı təcavüzü nəticəsində çoxlu evlərə və sosial infrastruktur obyektlərinə ziyan dəymiş Posad-Pokrovski kəndindəyəm”, - deyə Zelenski yazıb.
 
Onun sözlərinə görə, hazırda bu kənddə işıq və su təchizatının bərpası davam edir, ambulatoriya yenidən tikilir və insanlar öz evlərinə qayıdırlar.
 
“Yerli sakinlərlə cari məsələlər və ehtiyaclar barədə danışdım. Hər şeyi bərpa edəcəyik, hər şeyi yenidən quracağıq. İşğalçılardan əziyyət çəkən hər bir şəhər və kənd kimi”, - deyə Zelenski əlavə edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...