Blinkendən ermənipərəst senatora cavab - Azərbaycanın İranla sərhədini qorumaq lazımdır - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Blinkendən ermənipərəst senatora cavab - Azərbaycanın İranla sərhədini qorumaq lazımdır

Siyasət A- A A+
Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır.
 
Ednews xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib.
 
“Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”, - Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ Prezident Administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı üçün 700 min dollar tələb etməsi ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib.
 
Qeyd edək ki, senator Menendez arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda pul vəsaiti almaq kimi qaranlıq əməlləri nəticəsində uzun müddətdir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) diqqətini cəlb edib və bununla bağlı araşdırma aparılır.
 
Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən senatorun növbəti təxribatı fiaskoya uğrayıb.
 
Erməni lobbisinin cəhdlərinə və lobbidən maliyyə dəstəyi alan "cib senatorlar"ın sayının artmasına baxmayaraq, Azərbaycan və ABŞ hər iki ölkə üçün faydalı olan qarşılıqlı əməkdaşlığı davam etdirir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...