“ABŞ hökuməti Türkiyənin “F-16” qırıcılarının modernləşdirilməsini, eləcə də lazımi hərbi texnikanın tədarükü təklifini dəstəkləyir”.
Ednews xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı qeyd edib.
“İnanırıq ki, Türkiyə təkmilləşdirilmiş “F-16” qırıcı təyyarələri və mövcud “F-16”ları üçün modernizasiya paketi almalıdır. Hesab edirik ki, bu, NATO vacibdir", - deyə Blinken bildirib.