Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab VERDİ - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab VERDİ

Siyasət A- A A+
“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Tvitter”də yazıb.
 
O bildirib ki, Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir:
 
“Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.
 
Nazir bildirib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...