“Caliber”: “Paşinyanın əyri güzgülər krallığı” - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

“Caliber”: “Paşinyanın əyri güzgülər krallığı”

Siyasət A- A A+
Ermənistan baş naziri Nikol Paşinyan hökumətin 23 mart tarixli iclasında çıxışı zamanı növbəti absurd tezislər səsləndirib. Paşinyanın özünü şir kimi hiss etməsinə səbəb isə ehtimal ki, Ermənistanda olan Avropa İttifaqı missiyası, Qərbdən gələn fərdi dəstək səsləri və yaxınlaşan qondarma “demokratiya sammiti” olub. Ednews xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi videosüjetdə bildirilib. Qeyd edilib ki, Paşinyan yenidən Azərbaycana qarşı ittihamlar irəli sürüb və Azərbaycanın guya qaz təchizatını dayandırdığını iddia edib. Bu arada qaçaqmalçılıq yolu ilə əldə edilən və mənşəyi məlum olmayan bu qaz Ermənistandan Azərbaycanın Qarabağ regionlarına nəql olunur. Lakin görünür, Paşinyan Beynəlxalq Məhkəmənin bununla bağlı qərarının mətni ilə tanış deyil. Belə ki, qərarın 64-cü bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycanın Qarabağ sakinlərinin qaz təchizatını dayandırması ilə bağlı hər hansı sübut təqdim etməyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...