Türkiyə Xarici İşlər Nazirliyi dünən Danimarkada Qurani-Kərimə və türk bayrağına qarşı törədilən hücumu ən sərt şəkildə pisləyib.
Ednews xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada belə deyilir:
"Dünən axşam Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı edilən alçaq hücumu qınayırıq”.
Bəyanatda daha sonra bildirilir ki, Ramazan ayında baş verən bu aksiya Avropada islamafobiya, ayrı-seçkilik və ksenofobiyanın hər keçən gün həyəcanverici həddə çatdığını, keçmişdən dərs alınmadığını bir daha açıq şəkildə göstərir
Bəyanatda həmçinin Danimarkanın rəsmi şəxslərindən sözügedən nifrət cinayətinin səbəbkarlarına qarşı lazımi tədbirlər görmək və dinc yanaşı yaşama mədəniyyətini hədəfə alan bu cür təxribatların qarşısını almaq üçün konkret tədbirlərin həyata keçirilməsi tələb olunur.