Sahibə Qafarova Əminə Ərdoğan ilə GÖRÜŞDÜ

Siyasət 10:15 30.03.2023
Martın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğanla görüşüb. 
 
Milli Məclisdən Ednews a verilən xəbərə görə, Sahibə Qafarova Əminə Ərdoğanla görüşdən və Türkiyənin Birinci Xanımının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatında keçirilən yüksək səviyyəli tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. 
 
Söhbətdə Milli Məclisin sədri müasir dövrdə ətraf mühitin mühafizəsinin ən böyük qlobal çağırışlardan biri olduğunu deyib.
 
O, Əminə Ərdoğanın 2017-ci ildə irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi şəklində qlobal səviyyədə dəstəkləndiyini söyləyərək, bunun dünyanın qorunması və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın da həmin qətnamə layihəsinə dəstək verdiyini qeyd edib.
 
Spiker, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Əminə Ərdoğanla görüşdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə”ni imzaladığını vurğulayıb. 
 
 Sahibə Qafarova Türkiyədə fevralın 6-da baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələ ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib. O, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu zəlzələnin ağır nəticələrini uğurla və tezliklə aradan qaldıracağına əminliyini söyləyib.
 
Milli Məclisin sədri, Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu, bu faciənin nəticələrinin aradan qaldırılmasında da xalqımızın və dövlətimizin öz səylərini əsirgəmədiyini qeyd edib və Heydər Əliyev Fondunun yardım kampaniyasında yaxından iştirak etdiyini bildirib.
 
Eyni zamanda, Sahibə Qafarova, Milli Məclisin də öz imkanları daxilində fəlakət zonasına humanitar yardım göndərdiyini deyib. 
 
Görüş zamanı Prezident cənab İlham Əliyevin öz dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə səfəri, Azərbaycan Prezidentinin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə Görüşünün keçirildiyi vurğulanıb. 
 
Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.
 
O, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Spiker, bu baxımdan parlament sədrlərinin, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin vacibliyindən bəhs edib, deputatlarımızın mötəbər beynəlxalq qurumlarda bir-birinin mövqeyini dəstəklədiklərini bildirib. 
 
Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. 
 
Əminə Ərdoğan ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü ifadə edib. 
 
Türkiyənin Birinci Xanımı “Sıfır tullantı” təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatında keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil edildiyini təqdirəlayiq hesab edib. O, bu təşəbbüsün ətraf mühitin qorunmasında, qlobal ekoloji problemlərin həllində əhəmiyyətindən danışıb. 
 
 Türkiyə və Azərbaycan rəsmilərinin ikitərəfli və beynəlxalq səviyyədə görüşlərinin əlaqələrimizin daha da güclənməsi baxımından önəmli olduğunu deyən Əminə Ərdoğan Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı