“Separatçı erməni qüvvələri nəzarətdə saxlamaq üçün bu yüksəkliklər vacibdir” - Hərbi ekspertdən AÇIQLAMA - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

“Separatçı erməni qüvvələri nəzarətdə saxlamaq üçün bu yüksəkliklər vacibdir” - Hərbi ekspertdən AÇIQLAMA

Siyasət A- A A+

Azərbaycan ordusu Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklikləri nəzarətə götürüb.

Həmçinin ərazidə yerləşən əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr də bura daxildir.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, işlər yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar həyata keçirilib. Qeyd edək ki, yüksəkliklər heç bir insident baş vermədən nəzarətə götürülüb.

Bəs, bu yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycan tərəfinə hansı prioritetləri verəcək? 

Məsələ ilə bağlı  Ednews-a açıqlamasında hərbi ekspert Alparslan İmamqulu  qeyd edib ki,  Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollarının nəzarətdə olması ölkəmiz üçün çox əhəmiyyətlidir. 

“Ona görə ki, bu cür əhəmiyyətli, strateji yüksəkliklərin azad olunması ilə ordumuza yeni imkanlar verəcək. Ordumuz düşmənin hərəkət yollarını, qruplaşmalırını nazərdə saxlaya biləcək. Həmçinin, bu bölgədə Laçın qapı rolunu oynayır.  Eyni şəkildə şərti sərhədlərimizdə, o cümlədən, tampon bölgə sayılacaq ərazilərimizdə hələ də mövcud terrorist qüvvələri var. Onların tam olaraq nəzarət altında tutulması və düzgün qiymətlənirilməsi üçün bu yüksəkliklər çox əhəmiyyətlidir”.

Aysel Şahmar



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...