Bu İsrail və Azərbaycan arasında əlaqələrini daha da qüvvətləndirəcək- Rüfət Quliyev - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Bu İsrail və Azərbaycan arasında əlaqələrini daha da qüvvətləndirəcək- Rüfət Quliyev

Siyasət A- A A+

 “Beynəlxalq arenada siyasi münasibətlərimiz bizə maraqlıdır. İsrail diasporası ilə  Azərbaycan höküməti  çox sıx şəkildə birlikdə çalışırlar. Onlar bizə çox dəstəkdirlər”.  

Bu fikirləri İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı Ednews-a açıqlamasında deputat Rüfət Quliyev bildirib. 

“Elə ölkələr var ki , orada İsrail diasporası bizim  əsas dəstəkçilərimizdəndir. İkinci məsələ hərbi münasibətlərdir. Azərbaycan İsraildən ən son modern silahları alır. Biz bunu Qarabağ müharibəsi zamanında da şahidi olduq”. 

Söhbət zamanı R. Quliyev gələcəkdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənəcəyini də bildirib.

“İki ölkə arasında kənd təsərrüfatı sahəsində də geniş əlaqələrin həyata keçirilməsi nəzərdə tutulur.  İsraildə Beynəlxalq standartlara uyğun olan kənd təsrrüfatı layihələri həyata keçirilir. Azərbaycan və İsrail həmçinin iqtisadi məsələlərdə də əməkdaşlıq etməyə maraqlıdırlar”. 

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...