Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri müzakirə edilib:
“Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri konstruktiv şəkildə nəzərdən keçirilib. Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub”.