Aprelin 11-də erməni separatçılarının növbəti təxribatı regionda yenidən sabitliyi pozub. Bu təxribat zamanı ermənilər açıq-aşkar elan ediblər ki, İranın pilotsuz təyyarələrindən istifadə ediblər. İran isə özləri də vəziyyəti müşahidə etmək üçün özünün şimal, Azərbaycanın isə cənub sərhədlərinə pilotsuz təyyarələr buraxdıqlarını artıq bəyan ediblər.
Bəzi siyasi analitiklərin fikrincə, İrəvanın növbəti təxribatına bir müddət əvvəl rəsmi Bakının sülh sazişi ilə bağlı səbrinin tükəndiyini bildirməsi səbəb olub. Digərləri isə düşünür ki, bu İlham Əliyevin son Türkmənistan və Qazaxıstan səfərləri Ermənistanla yanaşı onların havadarlarını yaman qıcıqlandırıb. Görünür, Türk dövlətlərinin birliyi bəzi qüvvələri çox narahat edir.
Mövzu ilə bağlı Ednews-a türkiyəli politoloq Muhammed Kutlu bildirdib ki, Ermənistan rahat dura bilməyəcək. Qafqazdakı seperatçı Ermənistan İkinci Qarabağ müharibəsindən aldığı ağır məğlubiyyəti hələ də həzm edə bilmir.
“Ermənistan, xüsusən də Rusiya və digər qərb dövlətlərinin müdaxiləsi ilə Qarabağda ermənilərin vasitəsi ilə tuta biləcəyi torpaqların bir hissəsini terror, narkotik və qeyri-sabitlik mərkəzi kimi istifadə etməyə davam edəcək. Qərb imperialist dövlətlərinin də istədiyi budur. Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistanı əzə-əzə məğlubiyyətə uğratması Qərbi ciddi şəkildə narahat edir. Qərb Azərbaycanın qələbəsini həzm edə bilmir. Ermənilərin məsələsini ümummilli məsələyə çevirən Fransa prezidenti Emamuel Makron bu məğlubiyyətdən sonra on yaş qocalıb. Müharibədən sonra Ermənistana gedən Makron Azərbaycan Ordusunun düşmənin 80 faizini məhv etdiyi tank, zirehli texnika, raket sistemləri kimi ağır silah və sursatları yenisi ilə əvəz edəcəyinə söz vermişdi. Təbii ki, o, bəzi digər qərb imperialist ölkələri ilə birlikdə erməniləri dilənçi vəziyyətinə salan maliyyə yardımlarını artıracağına dair vədini təkrarladı”.
M.Kutlunun sözlərinə görə, bu səbəblərdən Ermənistan regionda rahat durmayacaq. Əslində Ermənistanın qurucu məqsədi müsəlman coğrafiyasında xəncər və nizə kimi, terror və hədə-qorxu ilə bölgədəki türklər və müsəlmanlar üçün təhlükə yaradan xristian dövləti qurmaq idi.
“Görünür, bu günədək bu vəzifələri mükəmməl şəkildə yerinə yetirən Ermənistan bundan sonra da eyni yolu davam etdirəcək. Ona görə də Azərbaycan türk qardaşlarımız “Su yatar, düşmən yatmaz” məsəlini “Su yatar, erməni yatmaz” kimi qəbul etməli və hər an ayıq-sayıq olmalıdırlar.
Ermənistan terror və təxribat hərəkətləri ilə İkinci Qarabağ müharibəsində olduğu kimi güclü və dinamik Azərbaycan Ordusuna qarşı öz məğlubiyyəti üçün zəmin hazırlayır. Biz bilirik ki, Azərbaycan hazırdır. Əgər Ermənistan ehtiyatsızlıqdan hücumlarını gücləndirərsə, bu dəfə Qarabağda qalan erməni ünsürləri türk torpaqlarından çıxarıla, türk düşmənlərinin, xüsusilə də İranın qətiyyən istəmədiyi Zəngəzur dəhlizi məsələsi əbədi olaraq həll oluna bilər”.
Oğuz