Bu fikirləri Ednews-a açıqlamasında israilli politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel deyib.
Onun sözlərinə görə, İsrail cinayətkar İran rejimini devirmək üçün ümumi qüvvələr səfərbər edəcək.
“Həqiqətən, rejimi devirmək lazımdır. Ancaq sual budur ki, bu necə və nə vaxt həyata keçirəcəyik? Amma gündəmdə birinci məsələ şübhəsiz ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Əlbəttə, tezliklə İran layiq olduğunu alacaq və onun bütün nüvə inkişafı dayandırılacaq. İsrailin gücü böyükdür”.
Söhbət əsnasında politoloq qeyd edib ki, İsrail höküməti İranın heç bir təhdidlərindən qorxmur.
“İsrail Yaxın Şərqin ən güclü ölkəsidir. Bunun üçün əminliklə deyə bilərik ki, İranda rejim yıxılacaq. Bu rejimdə istər-istəməz nüvə bombası olmayacaq. Vaxt gələcək və o, uzaqda deyil İran Şahının vəliəhdi İrana qayıdanda bütün insanlar onunla görüşəcək. Ölkə terrorçudan azad ediləcək və diktatura rejimi devriləcək”.
Aysel Şahmar