Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli münasibətlərin normallaşdırılması yolları ilə bağlı son bəyanatlarını şərh edib.
Ednews xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar nizamlanma üçün yeganə real əsasdır. Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik.
Tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək istənilən addımını alqışlayırıq. İnanırıq ki, bu, üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin həyata keçirilməsi istiqamətində irəliləyişə töhfə verəcək ”, - deyə Peskov bildirib.