Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə real əsasdır. Rusiya Federasiyası Qarabağ üzrə üçtərəfli razılaşmaların icrasını alternativsiz və zəruri hesab etdiyini vurğulayıb.
Politoloq Fərhad Məmmədov Ednews-a açıqlaması zamanı qeyd edib ki, Rusiyanın əsas mövqeyi Ermənistanın Azərbaycan ilə sülh sazişi bağlayacağı təqdirdə üçtərəfli bəyanatın qüvvədən düşməməsidir.
“Rusiya nəqliyyat kommunikasiya sahəsində nəzarət funksiyasını həyata keçirmək istəyir. Bununla yanaşı Qarabağdakı sülhməramlıları ən azı 2025-ci ilə kimi orada qalmalısı üçün də çalışır. Rusiyanı ən çox təşvişə salan sülh sazişinin üçtərəfli bəyanatı əvəzləməsidir. Əgər hər iki tərəf hansısa məsələ ilə bağlı ortaq qərara gəlsə belə bəyanatın qüvvədə qalmasını istəyir. Sərhədlər açılsa, sülh sazişi və yaxud kommunikasiya kimi məsələlərdə iki ölkə arasında razılıq olarsa, Rusiya da həmin prosesdə olmaq istəyir”.
Aysel Şahmar