“Paşinyanın üçtərəfli sazişə əməl etməməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini zəiflədir” ehtiyatda olan türkiyəli general

Siyasət 09:00 20.04.2023
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistanın son bəyanatlarını şərh edərkən bildirib ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında Qarabağa dair imzalanan üçtərəfli razılaşmalar Cənubi Qafqazda  vəziyyətin həlli üçün yeganə real əsasdır. 
 
Onun sözlərinə görə, Rusiya tərəfi gərginliyin azaldılması üçün üçtərəfli razılaşmaların həyata keçirilməsinə töhfə verəcək istənilən addımı dəstəkləməyə hazırdır. 
 
Peskovun bu açıqlaması Cənubi Qafqazda zəifləyən Ruisyanın mövqeyidir, yoxsa, həqiqətən sülh istəyən Rusiyanın?
 
Ehtiyatda olan türkiyəli general Yücel Karauz Kreml rəsmisinin açıqlamasının Cənubi Qafqazdakı proseslərə və Rusiya ilə Türkiyə arasındakı münasibətlərə ola biləcək təsirlərini Ednews-a açıqlamasında şərh edib.  
 
Karauz bildirib ki, Peskovun açıqlaması Qafqazda birdən çox cəbhədə döyüşən və getdikcə zəifləyən Rusiyanın mövqeyini ortaya qoyur: 
 
“Üçtərəfli sazişin imzalanmasından iki ildən çox vaxt keçib. Rusiya həqiqətən sülh istəyirsə, Qarabağdakı terrorist birləşmələri bölgədən çıxarmalı və Ermənistanın təxribatlarının qarşısını almalıdır. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenliyinə dəstək olmalıdır. Ən qısa zamanda üçüncü, dördüncü tərəflərin, yəni Avropa və Amerikanın, Avropa Birliyinin hadisələrə müdaxilə etməsinin qarşısını almalıdır. Rusiya həqiqətən sülh istəsəydi, İranı cəsarətləndirməzdi, onun bu qədər güclənməsinə, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini təhdid etməsinə, zəngəzur dəhlizinin açılmasına əngəl törətməsinə mane olardı. İran əsassız yerə, hüquqa və məntiqə zidd bir şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Rusiya buna mane olmalıdır. Bu faktlara əsasən deyə bilərik ki, Rusiya bölgədə öz təsir gücünü itirir”. 
 
Y.Karauz qeyd edib ki, Ermənistanın üçtərəfli sazişin şərtlərinə uymaması Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə mənfi təsir göstərir. O bildirib ki, Rusiya bölgədə təsir gücünü qorumaq istəyirsə, xarici müdaxilələrin qarşısını almalıdır: 
 
“44 günlük Vətən müharibəsində qazanılan qələbədən əvvəl 30 ilə yaxın bir müddət ərzində iplər Rusiyanın əlində idi. Lakin Paşinyanın hakimiyyətə gəlməsilə Ermənistanla münasibətinlərində də Rusiya yavaş-yavaş söz sahibliyini itirdi. 44 günlük müharibədə prezident Putin Azərbaycanın ərazi bütövlüyünü tanıması və münaqişənin tezliklə həll olunması yönündə etdiyi açıqlamalarla Azərbaycanın mövqeyini dəstəklədiyini bildirdi. 5 il boyunca rus sülhməramlılarının Qarabağda fəaliyyət göstərəcəyinə dair bəyannamədən 30 ay keçməsinə rəğmən hələ də Ermənistan sazişin bəndlərinə uymur. Bu da Rusiyanın mövqeyinə mənfi təsir edən məqamdır. Rusiya bölgədə zəifləyən mövqeyini Avropa birliyinin, Fransa və Amerikanın, həmçinin İranın əvəz etməsini istəmir. Lakin bunun qarşısını almaq üçün addım atmır. Burada yeganə həll yolu 3+3 formatını dəstəkləməkdir. Əgər Rusiya buradakı zəifləyən mövqeyini bərpa etmək və təsir gücünü qorumaq istəyirsə, bölgəyə sülh və istiqrar gətirməli, xarici müdaxilələrin qarşısını almalıdır”. 
 
Ehtiyatda olan türkiyəli general onu da əlavə edib ki, Rusiya ilə Türkiyənin arasında inkişaf edən strateji əlaqələr, qarşılıqlı münasibətlər bölgədəki problemlərin həllini daha da asanlaşdıra bilər:
 
“Təbii ki, Rusiya Türkiyə münasibətləri iki ölkənin 3+3 platformasında bölgədəki vəziyyətin sabitləşməsinə qatqı verəcək. Rusiyanın müsbət istiqamətdə 3 tərəfli sazişin müddəalarından irəli gələn tələbləri yerinə yetirəcəyi təqdirdə Türkiyə ilə münasibətlərinə zərər gələcəyini düşünmürəm. Əskinə, Rusiya ilə Türkiyənin arasında inkişaf edən strateji əlaqələr, qarşılıqlı münasibətlər bölgədəki problemlərin həllini daha da asanlaşdıra bilər. Rusiya İrana qarşı lazımi addımları atıb tez bir zamanda 3+3 formatına geri qayıtmalı və Ermənistanı sülh masasına oturtmalıdır”.
 
 
Törə Zeynal

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı