2023-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə onlayn/elektron dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Ednews xəbər verir ki, Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam İnkişaf Bankına bildiriş göndərməlidir.