Mayın 2-dən 3-ə keçən gecə Kremlə dronlarla hücum edilməsi barədə yayılan xəbərlər hələ də müəmma olaraq qalır. Rusiya tərəfi iddia edir ki, iki dron gecə saatlarında Moskvada Kremli vurub və bu təxribat Putini öldürmək cəhdidir.
Rusiya xəbər agentlikləri hadisə vaxtı Putinin Kremldə olmadığı haqqında məlumat yayıb. Rusiya müdafiə qüvvələri tərəfindən drondanlar zərərsizləşdirilib.
Hadisə barədə rəsmi Kiyev qeyd edib ki, dron hücumu ilə heç bir əlaqəsi yoxdur.
Bəzi siyasi analitiklər hadisəni Putinin “böyük planı” adlandırıblar. Belə ki, onların proqnozlarına görə, Rusiya Ukraynada "genişmiqyaslı hərbi əməliyyat"a başlamaq istəyir, elə bu səsəbdən də belə bir təxribata əl atıb. Çünki Kreml dünyada demək olar ki, səmadan belə ən güclü qorunan hökümət binalarından biridir. Bu cür hücumların həyata keçirilməsi qeyri-mümkün görünür.
Məsələ ilə bağlı Ednews-a danışan Müsavat Partiyasının sədri Arif Hacılı qeyd edib ki, baş verənlər Rusiya üçün “sonun başlanğıc” ola bilər.
“Kreml vuruldu. 80-ci illərdə bir avropalı gənc təyyarəni Qızıl Meydana (Moskva) endirmişdi. Sonralar bu hadisə sovet imperiyasımın çöküşünün əsas əlamətlərinin biri kimi dəyərləndirildi. Kremlin PUA ilə vurulması da, sonun nə qədər yaxında olduğunun əlamətidir”, - deyə Arif Hacılı bildirib.
Oğuz