Rusiya sülhməramlılarının yeni komandanın nəzarət-buraxılış məntəqəsində NİYYƏTİ NƏDİR? Politoloqdan REAKSİYA

Siyasət 11:30 05.05.2023

Xəbər verdiyimiz kimi, mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Görüş barədə Ednews-a şərh verən politoloq İlyas Hüseynov bildirib ki, Aleksandr Lentsov Rusiya sülhməramlılarının 5-ci komandanıdır. Lakin o komandanlardan bir neçəsi Bakıya səfər etməyib. Yalnız separatçılarla görüşlər keçirib, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri ilə təmaslarda olub və bir sıra qərəzli bəyanatlar, fikirlər söyləyib.

“Lentsov Bakıya gəlməklə həm də Azərbaycan dövlətinin Həkəri çayı üzərində təsis etdiyi buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətindədir. Aydındır ki, Rusiya tərəfi nəzarət-buraxılış məntəqəsinin ya tamamilə ləğvini istəyir, ya da Azərbaycan sərhədçiləri ilə birgə bu fəaliyyəti nizamlamaq məqsədi güdür. Bu, Azərbaycanın daxili işidir, söhbət Azərbaycan sərhədlərindən gedir. Sərhədçilərimiz çox etibarlı şəkildə öz vəzifə öhdəliklərini yerinə yetirirlər. Digər tərəfdən, ötən dövr ərzində məhz Laçın yolu vasitəsilə əraziyə silah-sursat, texnika, mina, canlı qüvvə daşınıb. Silahlı qüvvələrin şəxsi heyəti rotasiya olunub və burada xüsusilə Ermənistan silahlı qüvvələrindən söhbət gedir. Eyni zamanda Laçın yolu üzərində ekoloji aksiyanın davam etməsi fonunda biz alternativ yollardan istifadə edilməklə əraziyə silah daşınması prosesinin davamını görmüşük. Rusiya sülhməramlıları da bu prosesin tərkib hissəsinə çevrilmişdilər. Bütün bunlar tərəfimizdən diqqətlə izlənilirdi, tirajlanırdı, təhlillər aparılırdı, mülahizələr irəli sürülürdü. Bütün fikirlər bundan ibarət idi ki, Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin qurulmasına böyük ehtiyac var və təhlükəsizlik səbəbindən bunu etmək zəruridir”.

Politoloq vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsini böyük qürurla təsis etdikdən sonra onu ləğv etmək və ya Rusiyanı prosesə iştirakçı qismində cəlb etmək Azərbaycana qarşı buraxılan nöqsanlardan sonra doğru olmazdı:

“Digər tərəfdən, bu, Azərbaycanın suveren hüququdur. Burada Azərbaycana təzyiq, təhdid yolverilməzdir və təbii ki, qəbul olunmayacaq. Aydındır ki, Rusiyanın Cənubi Qafqazda öz maraqları var. Amma bu maraqlar Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməməlidir”.

Qeyd edək ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı