“Türkiyə və Azərbaycanın qərarlı fikri nəticə verəcək” - Yücel Karauzdan ŞƏRH - ÖZƏL - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

“Türkiyə və Azərbaycanın qərarlı fikri nəticə verəcək” - Yücel Karauzdan ŞƏRH - ÖZƏL

Siyasət A- A A+

Ötən gün Türkiyə və Ermənistan parlamentlərinin sədrləri görüşüb.  Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı bildirib ki, İrəvanda “Nemezis” abidəsinin açılması Ermənistan hakimiyyətinin rəsmi mövqeyini əks etdirmir. Simonyan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair prosesin müsbət iləriləməsi üçün səy göstərəcəklərini bildirib. 

Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz Ednews-a açıqlama verib.   

O qeyd edib ki, “Nemezis” abidəsinin açılması ilə bağlı Türkiyə XİN Ermənistana olan hava yollarını bağlayıb.

“Türkiyə  Ermənistana olan barışıq niyyətinin qarşılığını görmür. İrəvan isə bütün yaxşı, sülh addımlarını görməzdən gəlir. Türkiyənin bu qərarlı fikrini davam etməsi lazımdır. Çünki Ermənistan bundan dərs çıxarmalıdır. Təkcə “Nemezis” abidəsi deyil, bayraqlarımız da ermənilər tərəfdən yandırılıb. Bu da ermənilərin hələ də sülhə tam razı olmadığını göstərir. Paşinyan dünənki çıxışında böyük Ermənistan xülyasından əl çəkməli olduğunu bildirib”.

Yücel Karauz Paşinyanın çıxışlarında  “Nemezis” abidəsi və bayraqlar yandırma kimi əməllərdən uzaq olmaq üçün xalq müraciət etdiyini bildirib. 

“Bu mövzularda xalqı qərarlı olmağa çağırıb. Türkiyə və Azərbaycanın qərarlı fikrini artıq Ermənistan başa düşür. Əks halda Paşinyan bilir ki, Ermənistan yox olacaq. Çünki, bu qədər iqtisadi sıxıntını, təzyiqi və basqını qaldırmağı mümkün deyil. Türkiyə və Azərbaycanın qərarlı fikri nəticə verəcək”.

Aysel Şahmar

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...