ABŞ-ın keçmiş lideri Donald Trampın Respublikaçılar Partiyasından 2024-cü ildə keçiriləcək prezidentliyə namizəd kimi reytinqi aşağı düşüb.
Ednews lenta.ru-ya istinadla bildirir ki, bunu “Morning Consult” biznes analitika şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, respondentlərin yalnız 53 faizi Trampı dəstəklədiyi halda, ayın əvvəlində 57 faizi onu dəstəkləyib.
Ən güclü rəqib Florida ştatının qubernatoru Ron Desantisi respondentlərin 24 faizi (ayın əvvəlində 22 faiz idi) dəstəkləməyə hazırdır. Respublikaçılar Partiyasının digər mümkün namizədləri daha az populyardır.
Sorğu Respublikaçılar Partiyasını dəstəkləyən 3,4 mindən çox seçici arasında keçirilib.
Xatırladaq ki, Tramp 34 epizod üzrə birinci dərəcəli biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunub.
Prokurorluq hesab edir ki, saxtakarlığın son məqsədi Trampın 2016-cı il prezident seçkilərində qələbəsinə mane ola biləcək məlumatları gizlətmək olub.
Oğuz