Hakimiyyətə gələcək yeni partiya, Türkiyə və Azərbaycan arasındakı münasibətlərə necə təsir edə bilər?

Siyasət 16:00 11.05.2023

Türkiyə 14 may tarixində prezident seçkiləri üçün sandıq başına gedir. Ekspertlərin zənnincə, 20 illik AKP hakimiyyətini yeni bir partiya əvəz edəcək. Hakimiyyətə ən böyük namizəd olaraq isə yaradılan “Millət İttifaqı”-nın rəhbər partiyası CHP olaraq göstərilir. Prezident namizədi olan Kamal Kılıçdaroğlunun yaxın günlərdəki çıxışında isə Azərbaycana “Orta Dəhliz” planında yer verilməməsi son zamanlarda iki ölkənin də xalqları arasında müəyyən narahatlıq yaradıb. Bu vəziyyətdə isə bizi belə bir sual qarşılayır: Hakimiyyətə gələcək yeni partiya, iki qardaş ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?

Politoloq Turab Rzayev fikrincə, seçkinin nəticələrindən asılı olmayaraq iki ölkə arasındakı bağlılıq, hakimiyyətdəki şəxslərin apardığı siyasətlərlə deyil, xalqlar arasındakı münasibətlə təmin olunub. Lakin...

“Ələxsus bu səbəbdən dolayı olaraq Türkiyədə, türk millətinə düşmənçilik siyasəti aparan və ya o düşüncədə olan heç bir şəxsi türk xalqı hakimiyyətə saxlamaz və ya gətirməz. Türk xalqı bu əlaqələrə əslində yön verir. Eyni zamanda Azərbaycan daxilində də türk düşmənçiliyi etmək heç bir zaman siyasi bir qazanc gətirməyib. Ona görə gördüyünüz kimi əlaqələr həm iki ölkə arasında, həm də iki xalq arasında təmin olunub. 

Lakin...

Burada əsas məsələ odur ki, hazırki geosiyasi gərginlik vəziyyətində hakimiyyətə gələcək yeni partiya lazımlı anda qərarlı bir addım nümayiş etdirə biləcəkmi? R.T.Ərdoğan öz xarakteristik keyfiyyətləri ilə bu sual çərçivəsində ələ alarsaq əgər, görərik ki, bəli, o, bunu bacarıb. Təkcə Azərbaycan – Ermənistan arasındakı münaqişələrdəki duruşu ilə deyil, həm Liviyada, həm Suriyada, həm də mərkəzi və qərbi Afrikada, Rusiya və Qərb qüvvələrinə qarşı öz duruşunu heç bir zaman bildirməkdən çəkinməyib. Digər məqam odur ki, gələcək növbəti prezidentin belə duruş sərgiləyəcəyini bilmirik. Buna misal olaraq AKP – dən əvvəl hakimiyyətdə olan son prezident Ə.N.Sezəri göstərə bilərik. O, CHP xəttinin təmsilçisi olaraq hakimiyyətdə olmuş son prezidentdir və zamanında H.Əliyevin yarana biləcək potensial müharibə vəziyyəti barədə istədiyi köməyə rədd cavabı vermişdir. Fakt odur ki, AKP hakimiyyəti müstəqilliyimizdən etibarən bizə maksimum dəstək göstərən ilk və hələ ki, yeganə hakimiyyət olub. Ən son məqam olaraq onu qeyd edə bilərəm ki, CHP seçkiləri qazandığı təqdirdə, onunla birlikdə ona dəstək göstərmiş digər koalisiya üzvləri qələbə qazanacaq və hakimiyyətdə ön planda təmsil olunacaqlar. Təxminən 9 prezident köməkçisi olacağı gözlənilir və belə vəziyyətdə ortaq bir qərar almağın necə çətin olduğunu nəzərə alsaq, iki ölkə arasındakı münasibətlərin hansı formada cərəyan edəcəyini bizə gələcək göstərəcək”.

Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu da həmkarı ilə eyni fikirləri paylaşıb. O, vurğulayıb ki, iki ölkə arasındakı strateji əməkdaşlıq seçki qərarından aslı olmayaraq yenə də güclü bir şəkildə davam edəcək. 

“Doğrudur AKP uzun müddətdir Türkiyədə fəaliyyət göstərir və o zaman çərçivəsində də iki ölkə birgə uzun yol qət edib. R.T.Ərdoğanın 20 illik fəaliyyəti ərzində istər baş nazir, istərsə də prezident olduğu dönəmlərdə heç bir zaman Azərbaycana olan dəstəyini biraz da olsun əsirgəməyib. II Qarabağ müharibəsində də göstərdiyi dəstək nəticəsində həm Azərbaycan höküməti, həm də xalqımız arasındakı rəğbəti daha da böyüyüb. Sırf bu səbəbdən dolayı olaraq xalqımızın istəyi, R.T.Ərdoğanın qazanmasından yanadır. Lakin nəticədən aslı olmayaraq biz bir Azərbaycan olaraq Türkiyə xalqının aldığı qərara hörmət bəsləməliyik”.

Əlavə olaraq politoloq K.Kılıçdaroğlunun “Orta Dəhliz” ilə bağlı planlarına da toxunub...

“Planda Azərbaycana yer verilməməsi bizi üzən bir məqam oldu, ancaq siyasi fakt olaraq onu qeyd edə bilərəm ki, bu planın hazırda baş tutması demək olar ki, mümkünsüzdür. Ona görə ki, Kılıçdaroğlu seçkini qazandıqdan sonra yekun qərar alan bir orqan kimi fəaliyyət göstərməyəcək. Göstərsə belə hökümət daxilində Azərbaycan ilə mövcud olan strateji əməkdaşlığın nə qədər mühüm olduğunu göstərən şəxslər vardır. Ona görə bu planın baş tutması, daha doğru desək, Azərbaycansız fəaliyyət göstərməsi mümkünsüzdür”.

Əkbər Şəbəndəyev

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı