Misir rəsmisi: “Azərbaycanla ölkəmiz arasında çox möhkəm qardaşlıq münasibətləri mövcuddur” - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Misir rəsmisi: “Azərbaycanla ölkəmiz arasında çox möhkəm qardaşlıq münasibətləri mövcuddur”

Siyasət A- A A+

“Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”. 

Ednews xəbər verir ki, Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib. 

Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Hanaf Ali Əl Gebali qeyd edib ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. 
O qeyd edib ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...