"Heydər Əliyev Rusiya ilə Azərbaycanı birləşdirir".
Ednews xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya ilə Azərbaycanı nə birləşdirdiyini soruşduqda adətən yüksək səviyyəli siyasi, humanitar və mədəni əlaqələrimizi və ümumi tariximizi sadalayırlar. Mən deyərdim ki, bütün bunların konkret təcəssümü Heydər Əliyevdir. Onun taleyini götürsək, onun keçdiyi həyat yolunu, peşəkar uğurlarını həm Azərbaycanın, həm də Rusiyanın taleyindən ayırmaq mümkün deyil. Bilirsiniz, bu günlərdə Heydər Əliyev haqqında çox şey xatırladıq. Onun Sovet İttifaqının rəhbərlərindən biri kimi fəaliyyətini, ölkə regionlarının inkişafındakı xidmətlərini xatırladıq. Heydər Əliyevin böyüklüyü həm də onun yolunu təkrarlayan və davam etdirən oğlunun böyütməsindən ibarət idi. Tarix yazan layiqli, peşəkar insanlar olub. Ancaq hər kəsə oğlu ilə tarixi çoxaltmaq nəsib olmayıb. Fikrimcə, elə bu məqam onun böyüklüyünün əsl göstəricisidir”, - deyə, Zaxarova vurğulayıb.
Hacıyeva Nurlana