“Azərbaycansız bu layihəni reallaşdırmaq mümkün olmayacaq” - ŞƏRH - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

“Azərbaycansız bu layihəni reallaşdırmaq mümkün olmayacaq” - ŞƏRH

Siyasət A- A A+
Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzaladı. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inşa olunan xəttin Azərbaycandan keçən hissəsinin tikintisi də uzun müddətdir müzakirə mövzusudur. Prezident Vladimir Putin də imzalama mərasimində bu məsələdə Azərbaycanla əməkdaşlığın önəminə diqqət çəkdi. İran-Azərbaycan gərginliyinin davam etdiyi vaxtda bu layihənin reallaşması nə qədər mümkündür? 
 
Bu barədə Ednews-a iqtisadçı Natiq Cəfərli bildirdi ki, əslində, bu layihə ilə bağlı ilk təklifi Azərbaycan verib. 
 
“Amma İranın qeyri-səmimi, hətta anormal yanaşmasına görə bu layihə gecikdi. Rəşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin maliyyəsini belə Azərbaycan verməyə hazır idi. Hətta bir neçə il əvvəl 500 milyon dollara yaxın investisiya layihəsi də nəzərdə tutulmuşdu. Bu, İranın qeyri-səmimi münasibətinə görə gecikdi. Yəqin İran istəyirdi ki, Azərbaycan dəmir yolunda haqq sahiblərindən biri olmasın. Bu layihənin Rusiya ilə həyata keçirilməsi özü üçün uyğun görür. Hər ikisinin burada öz marağı var.
 
Hər halda Şimal-Cənub dəhlizi Azərbaycandan keçməlidir, bunun başqa yolu yoxdur. Azərbaycana möhtacdırlar. İndi öz aralarında razılaşsınlar, onsuz da sonda Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər. Çünki Azərbaycansız bunu reallaşdırmaq mümkün olmayacaq”.
 
Xatırladaq ki, İran Zəngəzur dəhlizinin açılmasına hələ də maneçilik törədir.
 
Oğuz


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...