Azərbaycan prezidenti İlham Əliyev ilk dəfə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Ednews xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan lideri iclasa qonaq qismində qatılacaq.
Xatırladaq ki, tədbirdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir.
Çin Xalq Respublikasının sədri Si Tsinpin isə videomüraciətlə çıxış edəcək.