Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi

Siyasət A- A A+
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
Ednews  xəbər verir ki, mətndə deyilir: 
 
"Zati-aliləri! 
 
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. 
 
Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
 
Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir. 
 
Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik. 
 
Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!" 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...