“Bu açıqlamalar Paşinyanın riyakar, qorxaq siyasətçi olduğunu göstərir” Politoloqdan ŞƏRH

Siyasət 13:01 26.05.2023

Paşinyan sensasiya sayıla biləcək açıqlama verib.  "Məhz KTMT Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir", - deyə Paşinyan bildirib.  

Ermənistanın baş naziri onun KTMT ilə bağlı tənqidi fikirlərinə reaksiya verən Rusiya XİN-in sözçüsünü də aşağılayıb. Parlamentdə çıxış edərkən bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onun bəyanatlarına münasibət bildirməməlidir.

 "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim açıqlamalarıma münasibət bildirə bilməz, həmsöhbətlərim Rusiyanın prezidenti və baş naziridir, Rusiyanın ittifaq və mehriban qonşuluq dövlətinin nümayəndəsi isə mənim açıqlamalarıma burnunu soxmamalıdır". 

Paşinyanın bu bəyanatı səsləndirməkdə məqsədi nədir? KTMT Qarabağı Azərbaycan ərazisi kimi tanımır?

Mövzu ilə bağlı Ednews-a şərh verən politoloq Anar Əliyev bildirdi ki, Ermənistanla Rusiya arasında münasibətlər son dövrlər özünün ən kritik mərhələsinə daxil olmaqdadır: 

“Xüsusilə də Vaşinqton və Brüssel formatları çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərin əldə olunması, sülh müqaviləsinin imzalanmasına ümidlərin yarandığı indiki dövrdə Rusiya bu prosesləri, əsasən də Ermənistan tərəfindən atılan addımları özünün Cənubi Qafqaz maraqlarına təhdid və Ermənistanın xəyanəti kimi qiymətləndirir. Buna görə də mümkün imkanlardan istifadə edərək Ermənistan hakimiyyətinə təzyiqlər həyata keçirilməyə çalışılır. Xüsusilə də Qarabağdakı separataçı qüvvələr və Ermənistandakı revanşist düşüncəli insanların vasitəsilə erməni cəmiyyətində Nikol Paşinyanın erməni maraqlarına münasibətdə xəyanətkar mövqeyini təbliğ edirlər. Bu gün Rusiya mətbuatı tam olaraq bir mərkəzdən idarə olunduğu görüntüsü ilə Paşinyan və onun komandasına qarşı informasiya terroru həyata keçirir. Bunu da bölgədə münasibətlər tənzimlənərsə Rusiyanın maraqlarının təmin olunması rıçaqları əlindən çıxa bilər tezisi ilə izah etməyə çalışırlar. Amma Ermənistan lideri bir qədər daha hiyləgər davranışlar nümayiş etdirir. Paşinyan açıq şəkildə Rusiya maraqları əleyhinə mövqe ifadə etməklə yanaşı, həm də Rusiya ilə münasibətləri qoruyub saxlamağa xidmət eləyən açıqlamalar da səsləndirməkdədir. Məsələn, Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələnin hələ də aktual olduğunu deməklə yanaşı, KTMT-nin Ermənistana mülki müşahidə missiyası göndərməyə hazır olduğunu və monitorinq missiyasına təxminən 30 nümayəndənin daxil ola biləcəyi haqda fikirlər səsləndirib. Çox maraqlıdır ki, erməni baş nazirin KTMT-nin bölgəyə müşahidəçi missiyası göndərmək fikirləri Avropa İttifaqının bölgədəki uzunmüddətli missiyasının fəaliyyəti dövrünə təsadüf eləyir. Bu iki fərqli qütbləri təmsil eləyən, hətta düşmən qütblər kimi qiymətləndirə biləcəyimiz qüvvələri təmsil edən missiyalar Ermənistan ərazisində eyni vaxtda hansı formada fəaliyyət göstərəcək, onlar arasında əlaqə necə koordinasiya olunacaq, bunlar hələ açıq suallar olaraq qalmaqdadır. Eyni zamanda Nikol Paşinyan 22 mayda Ermənistanda mətbuat konfransında son zamanlar səsləndirdiyi bəyanatlara zidd olan bir açıqlama da verib. Faktiki olaraq KTMT adından heç vaxt rəsmi açıqlanmayan bir məlumat vermiş olub. Paşinyan bəyan edib ki, KTMT Qarabağı Azərbaycan ərazisi olaraq qəbul etmir. Ona görə də Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi olmadığı mövqeyindədir. Amma çox maraqlıdır ki, Azərbaycanı "86,6 min kvadrat kilometr əraziyə sahib olmayan dövlət" kimi “tanıyan” KTMT Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi olduğunu bəyan edib. Digər ərazilərin kimə aid olduğunu isə bəyan etməyiblər. Bu isə onu göstərir ki, bəli, belə davranışlar əslində Ermənistanın qərbyönümlü mövqeyinin dəyişməsi, Rusiyanın nəzarəti altında proseslərdə iştirak etməkdə maraqlı olması məqsədilə atılan manipulyativ açıqlamalardır. Hesab edirəm ki, bu, Nikol Paşinyanın özünün təxribatı ola bilər".

Politoloq qeyd etdi ki, Paşinyanın KTMT adından manipulyativ təxribatçı açıqlama verməsini sübut eləyən amillər kifayət qədərdir: 

“KTMT-yə üzv dövlətlərlə Azərbaycanın münasibətləri Ermənistanın həmin dövlətlərlə münasibətindən daha yüksəkdir. Azərbaycanın KTMT-də əsas güc sahibi olan həm Rusiya ilə, digər üzvlər Qazaxıstanla, Qırğızıstanla, Özbəkistanla, Tacikistanla, Belarusla münasibətləri çox yüksək səviyyədədir, etibarlıdır. Bu dövlətlərin təmsil olunduğu hərbi birliyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni sual olaraq qoyması hesab edirəm ki, inandırıcı deyil. KTMT üzvü olan ayrı-ayrı dövlətlərin rəsmilərinin dilindən, həm də KTMT-nin rəsmi sənədlərində uzun illər ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin məhz beynəlxalq hüququn prinsipləri çərçivəsində, yəni dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmaları ilə bağlı bəyanatlar olub. Ona görə də Paşinyan həmin açıqlama ilə KTMT-nin mövqeyini sabotaj edir və bunun arxasında heç də KTMT-nin ciddi rəsmi mövqeyi dayanmır. Bu, Nikol Paşinyanın necə qeyri-ciddi, riyakar, qorxaq siyasətçi olduğunu bir daha göstərir. Eyni zamanda həm də Azərbaycanla münasibətlərdə sülh müqaviləsinin imzalanmasına hazır olmaqla bağlı bəyanatlarında qeyri-səmimi olduğunu nümayiş elətdirir. Ermənistan lideri hələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasında zəruri olan güclü siyasi iradəyə sahib deyil”.      

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı