Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra Moskva və Ankara qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Ednews-un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov ikitərəfli münasibətlərin gələcəyini belə təsvir edib.
Diplomat xatırladıb ki, iki ölkənin hələ də qaz qovşağı və Akkuyu AES-in gələcək tikintisi də daxil olmaqla “bir çox layihələri, çoxlu ideyaları və çoxlu planları” var. “Beləliklə, “Bundan sonra nə olacaq?” sualına cavab vermək üçün hər cür əsasımız var. Biz sakitcə öz işimizi ölkələrimizin və xalqlarımızın rifahı naminə görməliyik”, - deyə Yerxov Valday Diskussiya Klubunun sessiyasında bildirib.
Eyni zamanda diplomat Türkiyə cəmiyyətində dəyişiklik tələbinin yüksək olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə parlamentinin və hökumətinin yeni tərkibində çoxlu yeni simalar peyda olacaq.
Nurlana