“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.
Ednews xəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Azərbaycan liderinin ona Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə danışdığını vurğulayan İ.Hersoq deyib:
“Mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.