İsveçrə parlamenti Ukraynaya silah verilməsinin əleyhinə səs verib
Ednews skynews medisına istinadən xəbər verir ki, İsveçrə parlamentinin aşağı palatası ölkə istehsalı olan silahların Ukraynaya verilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə səs verib.
Palamentin 98 üzvü qanunun əleyhinə, 75 üzvü isə lehinə səs verib.
İsveçrə uzun müddətdir ki, hərbi münaqişələrdə neytral mövqeyini qoruyur. Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən bitərəflik prinsipi ilə bağlı hökumətdə qızğın müzakirələr gedir.
O, Rusiyaya qarşı sanksiyaları dəstəkləsə də hərbi cəhətdən Moskvaya qarşı mövqe nümayiş etdirmir. Kiyev və müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, İsveçrə hələ də digər ölkələrə öz istehsalı olan silahları Ukraynaya satmağa icazə verməyib.
Bununla belə, İsveçrə rəsmiləri münaqişəyə biganə qalmadıqlarını və Ukraynanın yanında dayandıqlarını bildiriblər.
Törə Zeynal