“Azərbaycan məcbur olub hərbi əməliyyatlarla Qazaxın kəndlərini azad edəcək” Politolqdan son təxribatları ilə bağlı ŞƏRH

Siyasət 12:01 05.06.2023

İyunun 4-ü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.

Bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bütün bu təxribatlar nəyə görədir? Ermənistan hakimiyyəti sülh müqaviləsindən yayınmaq üçün bunları edir?

Bu barədə Ednews-a politoloq Tural İsmayılov bildirib ki, Ermənistan bölgədə gərginliyin qalması haqqında fon yaratmağa çalışır.  Bu tip təxribatların törədilməsi Ermənistanın nə dərəcədə riyakar, ikiüzlü və provokativ olduğunu növbəti dəfə ortaya qoyur: 

“Maraqlısı isə odur ki, hər zaman Rusiya qərbmərkəzli görüşlərə etiraz edir və bu etirazlardan qısa müddət sonra Ermənistan bu tip təxribatlar törədir. Həmçinin Fransanın da Avropa İttifaqı Prezidenti Şarl Mişelin rəhbərliyi altında keçirilən görüşlərə qısqanclığını nəzərə aldıqda bu hadisələrin indiki dövrdə baş verməyinin təsadüfi olmadığı bir daha ortaya çıxmış olur. Sərhəddə baş verən hadisələr Ermənistan hakimiyyətinin işidir. Əslində Ermənistan tamamilə qərbyönümlü obraz yaratmağa çalışsa da, onun Rusiya siyasi hakimiyyətindən və hərbi elitasından asılı olduğu açıq-aydın ortadadır. Qəsdən Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlər öncəsi bu tip təxribatlar Qərbdəki görüş formatının gözdən salınması prosesinə hesablanıb. Mən hesab edirəm ki, artıq Avropa İttifaqı Şurası hər görüşdən əvvəl Ermənistanın bu tip ərköyünlük etməsinə, bu tip təxribatlar törətməsinə daha sərt reaksiya verməlidir.  Sülh müqaviləsinin imzalanması prosesinin uzanması Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təxribatlarına səbəb ola bilər. Əslində Qazaxın işğal altında olan kəndlərinin və Naxçıvanın Kərki kəndinin qaytarılmamağı bu provakasiyanın hələ də davam etdiyini göstərir. Sülh nə qədər gecikirsə, Ermənistan vəziyyəti daha da gərginləşdirir”. 

Politoloq hesab edir ki, Ermənistanın vəziyyəti gərginləşdirməyində maraqlı olan tərəflərdən biri Rusiya, digəri isə Fransadır: 

“Hər iki qüvvənin bu hadisələrdə Ermənistanı sonuna qədər dəstəkləməsi nəticədə Ermənistanın növbəti təxribatlarına səbəb olur və cəbhə bölgəsində vəziyyətin gərginləşməyi prosesinə davam edir. Ona görə də sülh müqaviləsinin imzalanmaması Ermənistan təxribatlarının davamlılığını daha da artırır. Proses bütöv formada post pandemiya dövründə dünyada formalaşan yeni kommunikasiya və logistika layihələri, onların planlarına qarşı da yönəlmiş hesab edilməlidir. İlin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əgər bu proses baş verməsə, artıq Azərbaycan məcbur olub hərbi əməliyyatlarla həm Kərkini, həm də Qazaxın kəndlərini işğaldan azad edəcək. Eyni zamanda Azərbaycan əsgərinə qarşı Ermənistanın növbəti dəfə silah tuşlamaması üçün delimitasiya olunmamış şərti sərhədlərdə mövqelərini irəlilədə bilər. Hərhalda seçim Ermənistandan asılıdır. Ya normal şəkildə sülhə razılaşacaq, ya da prosesin gərginləşməsinə səbəb olacaq”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı