İyunun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan üç günlük işgüzar səfərlə Soçiyə gedəcək.
Paşinyan Avrasiya İqtisadi Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Görüşün Azərbaycan üçün hansı müsbət tərəfləri ola bilər?
Soçi görüşü ilə bağlı Ednews-a şərh bildirən politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistanın artıq xarici mənbələrdən asılı olması heç bir şübhə doğurmur. Ermənistan faktiki olaraq məsələlərin çözülməsi ilə əməkdaşlığın güclənməsilə ancaq dildə, sözdə məşğul olur. Onun üçün əsas odur ki, məsuliyyətdən boyun qaçırsın, müxtəlif bəhanələr tapsın və digər tərəfdən də özünün uğursuzluqlarını bir növ hər hansısa səbəblərlə əlaqələndirsin:
“İlk növbədə də Azərbaycana tərəf atılan daşlardı, oxlardı ki, guya Azərbaycan Ermənistanın bu aqibətində günahkardır. Burda çox paradoksal situasiya yaranır. Biz görürük ki, Avrasiya məkanı özü-özlüyündə beynəlxalq təşkilat kimi üzv olan Ermənistanı bir o qədər də yüksək qiymətləndirmir. Əksinə təşkilata daxil olan ölkələrin Azərbaycana olan maraqlarının artmasını nümayiş etdirir. Ermənistanı çıxmaq şərtilə Azərbaycan bütün o təşkilata daxil olan ölkələrin hamısı ilə yaxşı münasibətlər saxlaya bilir”.
Politoloq qeyd etdi ki, Avrasiya İqtisadi Hökumətlərarası Şurasının əsas qayəsi ondan ibarətdir ki, təşkilatın daxilində canlanma yaransın. Bu daha çox Rusiyanın marağındadır.
“Çünki, Rusiya böyük sıxıntılar yaşamaqdadır. Ukrayna böhranı çərçivəsində Rusiyanın sanksiyalarla üzləşməsi iqtisadi kompleksində bu ölkənin çox ağır durum formalaşdırır. Ona görə də Rusiya çalışır ki, heç olmasa bu ittifaq çərçivəsində daha çevik tərpənsin. Bu ittifaqın həm də qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərinin keyfiyyət, kəmmiyyət mərhələlərinə qaldıra bilsin. Soçi görüşündə təbii ki, Ermənistanın siyasi məsələləri də müzakirə ediləcək. Çünki ilk növbədə Rusiya nümayəndələri Ermənistanla bu problemlə bağlı yaxından işləyirlər. Çalışacaqlar ki, bir daha Ermənistanı və onun baş nazirini əməli işlər görməyə sövq etsinlər”.
Oğuz