“Misir və İsrail sərhədində baş verən insident iki ölkə arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək”.
Ednews xəbər verir ki, bu sözləri Misirin keçmiş xarici işlər nazirinin köməkçisi, Abdullah Əl-Əşal “Əl-Cəzirə Mubasher”ə müsahibəsi zamanı deyib.
Əl-Əşaal əlavə edib ki, hər iki ölkə yaranan bu gərginliyin aradan qalxmasını istəyir. Digər tərəfdən ABŞ hadisəyə siyasi deyil, emosional yanaşıb və hər iki tərəfi səbirli olmağa çağırıb.
“Yalnız xatırlatmaq istəyirəm ki, Misirlə İsrail arasında 1979-cu il martın 26-da sülh müqaviləsi imzalanmasından bir saat əvvəl Misirlə ABŞ arasında yardım müqaviləsi və ondan əvvəl də ey
ni müqvilə ABŞ və İsrail arasında imzalanmışdı.
2022 -ci ildə Prezident Co Bayden ABŞ-ın Misirə 130 milyon dollarlıq yardımını dayandırdıqda imzalanan müqaviləni əsassız olaraq pozmuşdu, çünki Misir heç vaxt İsraillə sülh müqaviləsini pozmağı düşünmürdü, əksinə, Misir hər zaman bu müqaviləyə əməl etməyə çalışıb. İsrail isə sülh müqaviləsini Misirlə İsrail arasında müharibənin qarşısını alan əsas prinsip hesab edir”.
Qeyd edək ki, iki gün əvvəl bir neçə israil əsgəri Misir sərhədini pozmaya cəhd edib, nəticədə Misir sərhədində insident baş verib. Misir sərhədçiləri qarşı tərəfə atəş açıb və 3 israil əsgəri öldürülüb.
Loğman Yunis