Çingiz Qənizadə: “İran qonşuluq siyasətinə xəyanət edir”

Siyasət 11:45 07.06.2023

İranda azərbaycanlı tələbə Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. İndi məlum olub ki, Azərbaycan vətəndaşı Validə Yusifova da casusluq ittihamı ilə həbsdə saxlanılır. “Güney Azərbaycan” telegram kanalına istinadən xəbər verilir ki, Validə Yusifova 2 il əvvəl həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. O, təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb.

Xüsusilə bu məsələ son dövrlər daha intensiv hal almağa başladı. Biz əsas da Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığını aydın görməkdəyik.

İran bu təxribatları nəyə hesablanıb? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ednews-a açıqlamasında bildirdi ki, gənc tələbə Fərid Səfərlinin həbsinin bir neçə ay gizli saxlanılması və casusluq maddəsi ilə ittiham elan olunması onu göstərir ki, İran tərəfi onu heç bir əsas olmadan saxlayıb: 

“Validə xanımın həbsi ilə bağlı da eyni situasiyadır. Azərbaycan vətəndaşlarını gizlicə həbs edib aylarla saxlayır, sonda isə ağır ittihamlarla üz-üzə qoyurlar. Bu onu deməyə əsas verir ki, İranın Azərbaycanda saxladığı casus şəbəkəsi ifşa edildikcə, İran tərəfi belə oyunları davam etdirəcək.

Deputat Fazil Mustafaya qarşı terror aktından sonra İranın molla rejimi bazarlıq üçün daha da aktivləşib. Bu baxımdan Azərbaycanın müvafiq qurumları haqlı olaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə çağırıb. Bu gün Azərbaycan vətəndaşlarının İrana getməsi təhlükəlidir. Çünki İran tərəfi Azərbaycan vətəndaşlarını həbs edib alver predmetinə çevirir".

Çingiz Qənizadə həmçinin qeyd edib ki, İran Azərbaycanla oyun oynayır: 

“İran Azərbaycan tərəfindən haqlı olaraq həbs olunan casuslarını dəyişmək üçün günahsız Azərbaycan vətəndaşlarını həbs edib eyni maddə ilə ittiham irəli sürür ki, sonradan öz casusları ilə dəyişib geri alsın. İran rejimindən müsbət bir addım gözləmək əbəsdir. İran xoş qonşuluq siyasətinə xəyanət edir. İslam dövləti İran daha çox müsəlmanların qanına susamış ermənilərlə münasibətləri yaxşılaşdırır. Bu baxımdan, İrandan yaxşı nəsə gözləmirik. İran prezidentinin Azərbaycan prezidentinə 28 mayda təbrik ünvanlaması, İran XİN başçısının azərbaycanlı həmkarına zəngi, İran səfirinin xahişi ilə qəbul edilməsi bütün bunlar görüntü xatirinə atılan addımlardır. Heç bir halda İran rejiminə arxa çevirmək olmaz”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı