Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərlərini iki ölkəyə edəcək.
Ednews "Bugün Kıbrıs"a istinadən xəbər verir ki, Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.
İyunun 13-də isə Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.