Türkiyə Misirə səfir təyin edib.
Ednews xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi verdiyi bəyanatında bildirib ki, Salih Mutlu Şen Misirdə Türkiyə Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərəcək.
Misir Xarici İşlər Nazirliyi öz növbəsində bu qərarı alqışlayıb və səfir Əmr Əl-Hamamini Türkiyəyə yeni səfir təyin edib.
Qeyd edək ki, səfir Əmr Əl-Hamami əvvəllər Misirin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini tutub.
Xatırladaq ki, Qahirə ilə Ankara arasında münasibətlər 2013-cü ildə Misirin mərhum Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Həmin ildə hər iki dövlət öz səfirlərini “persona non-grata” elan edib.
Loğman Yunis