Deputatın təklifinə hərbi ekspertlərdən CAVAB Azərbaycanın Hərbi Doktrinası dəyişdiriləcək?

Siyasət 11:11 07.07.2023
 
Deputat Elşad Mirbəşiroğlu Azərbaycan Respublikasının hərbi doktrinasına dəyişikliklər etməyi təklif edib. O, Azərbaycanın öz torpaqlarını azad edərək regionda yeni geosiyasi reallıqlar fomalaşdırdığını və təhlükəsizlik təmin etdiyini bildirib. Deputat xüsusilə 14, 15, 16 və 21 – ci maddələrin dəyişdirilməsini və təhlükəli ölkələr siyahısına Fransanın  da əlavə edilməsinə ehtiyac olduğunu bildirib.
 
Məsələ ilə bağlı Ednews-a  danışan hərbi ekspert Heydər Mirzə qeyd edib ki, Fransa ilə bağlı bu təklif tamamilə təbiidir. 
 
“Çünki Fransanın regionda yeritdiyi siyasət, istər prezidentimiz, istər XİN, istərsə də ictimai rəy səviyyəsində bir mənalı olaraq pozitiv qarşılanmır. Ona görə də bu təklifə haqq qazandırmaq olar. Hərbi doktrinanın dəyişilməsi məsələsinə gəldikdə isə, deputatın da qeyd etdiyi kimi II Qarabağ müharibəsindən sonra regional vəziyyət dəyişib və ona görə də dəyişiklik etməyə məncə də lüzum var. Sırf məsələni ona görə Fransa üzərinə cəmləşdirmək lazım deyil. Fransa məsələsinə tam haqq qazandırsam da bir məsələni də nəzərdən keçirmək lazımdır ki, hazırda Fransanın özündə kritik vəziyyət var. Hər an hökümət dəyişikliyi gözlənilə bilər və yeni hökümət necə siyasət yeridəcək onu bilmək olmaz. Əslində isə bizə sərf edən addımları Fransanın adını oraya salmadan da edə bilərik, necə ki edirik. Əlavə olaraq qeyd edim ki, cənab prezidentimiz 44 günlük müharibədən qısa müddət sonra anons verərək rəsmi ictimailəşdirərək qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri, Türk Silahlı Qüvvələrinin modelinə keçib. Bu məsələnin özü belə doktrinada dəyişiklik etmək üçün yetərli səbəbdir. Düşünürəm ki, Azərbaycan üçün təhlükəli ölkələrin siyahısına Fransadan savayı İranın da adı əlavə edilə bilər. Hazırda cənub qonşumuz bizə daha çox təhdid yarada bilər. Ona görə də doktrinaya dəyişiklik edilməsi müzakirə oluna bilər”.
 
Hərbi ekspert Ramil Məmmədli isə bu barədə fərqli düşünür. Onun sözlərinə görə, ümumiyyətlə hərbi doktrinanın qəbul edilməsi və bunun aspektləri barədə Azərbaycan cəmiyyətində müfəssəl bir məlumat yoxdur. 
 
“Buna görə də, düşünürəm ki, ilk növbədə bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır. Əsasən də ictimai təşkilatlar, hərbi və hərbi-siyasi kontekstdə fəaliyyət göstərən təşkilatlar və şərhçilər arasında müzakirələr olunmalıdır. Bu məsələnin birinci tərəfidir. Digər tərəfi isə odur ki, Azərbaycan öz regionunda və ümumiyyətlə dünyada siyasi gedişat tamamilə dəyişib. 2014-cü ildən etibarən ən əsası da, Rusiya Krım və Donbass ərazilərinə ilhaq etdikdən sonra gedişat dəyişməyə başlayıb. Ona görə də Azərbaycan öz daxilində və həmçinin xarici siyasətdə baş verən dəyişikliklərə əsasən doktrinasını dəyişməlidir. Ələxsus Azərbaycanın xarici siyasəti bizə müəyyən şeyləri agah edir ki, ölkəmizin siyasəti vəəlaqələri hansı formada cərəyan edir. Ona görə də məncə müəyyən məsələlər açıq bir şəkildə doktrinada qeyd edilməlidir. Məsələn, Azərbaycan-Rusiya, İran, Türkiyə, Gürcüstan, ABŞ, NATO və Avropa münasibətləri ilə bağlı qeydlər olunmalıdır. Hər bir halda Azərbaycan müharibənin qalib tərəfi olduğu halda bu dəyişikliklərin baş verməsi normal haldır. Zənnimcə fundamental olaraq deyildə, əsasən baş verən prosesləri izləyərək, taktiki olaraq müəyyən dəyişikliklər etmək olar”.
 
Əkbər Şəbəndəyev
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı