Qarabağda qeyri-qanuni erməni silahlı dəstələri mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarını genişləndirməyə cəhd göstəriblər.
Bu barədə Ednews-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Separatçılar, eyni zamanda səngərlər qazmaq, sığınacaqlar hazırlamaq, döyüş mövqelərinə müşahidə kameraları quraşdırılmaq istəyiblər.
Nəticədə onların fəaliyyəti bölmələrimiz tərəfindən dayandırılıb.