Diaspora - Ermənistanın ən böyük maneəsidir Musaf Kızılkaya ilə ÖZƏL MÜSAHİBƏ

Siyasət 14:00 10.07.2023
Erməni hakimiyyəti 10 noyabr bəyannaməsinə imza atdıqdan sonra dünyaya sülh müqaviləsinə imza atacaqları barədə yalandan vəslər verirlər. Müharibənin mitməsindən 3 ilə yaxın zaman keçməsinə baxmayaraq, ermənilər hələ də sülhə imza atmaqdan boyun qaçıraraq, regionda sabitliyi pozmağa çalışırlar.
 
Ermənilərin ikili oyunları, törətdikləri təxribatlar, Arazdəyəndə metallurgiya zavodu inşa etməsi regiona nə vəd edir? Bu təxribaltlar onsuz da ağır sosial problemlərlə üz-üzə qalan erməni xalqını hansı uçurumlara aparır?
Məsələni Qafqaz üzrə ekspert, politoloq Musaf Kızılkaya müzakirə etdik. Söhbət zamanı müsahimiz bir çox məqamlara da toxunub.
 
Ednews Qafqaz üzrə ekspert, politoloq Musaf Kızılkaya ilə müsahibəsini təqdim edir:
 
- Keçən ay Ermənistan tərəfi ilə sülh müqaviləsi imzalanması haqqında fərqli söhbətlər gedirdi və il sonunda XİN-in verdiyi proqnoza əsasən il sonunda imzalanması gözlənilir. Sizcə, il sonuna kimi Ermənistan ilə sülh müqaviləsi imzalanacaqmı? Belə olduğu təqdirdə bu imzalanmış üç tərəfli bəyannamənin gedişatına necə təsir edəcəkdir?
 
- Ermənistanı əsasən hökumət deyil, erməni diasporu idarə edir ki, bu da Ermənistanın regionda həmişə sərfəli addımlar atmasına mane olur. Yəni Ermənistan hakimiyyətlə diaspor arasında münaqişələr arasında o yandan bu yana atılır. Məsələn, 2008-ci ildə Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə müzakirələr aparılsa və xeyli məsafə qət olunsa da, diaspora müdaxiləsi ilə bu cəhdin qarşısı alındı. 2008-ci il noyabrın 24-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Katibliyinə səfər etmək üçün İstanbula səfəri zamanı bildirib ki, diaspor Ermənistan əhalisinin 2/3-ni təşkil edir. O, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsini müzakirə edərkən, əslində diasporasının sərhədlərin açılması cəhdinə əngəl törətdiyini göstərdi.
Ermənistan masa arxasında oturub hər şeyi imzalayacaq. Amma həyata keçirməyə gəlincə, erməni diasporunun müdaxiləsi ilə erməni diasporu müxtəlif çətinliklər yaradaraq vəziyyəti gərginləşdirəcək, lakin belə münasibət Ermənistana heç nə verməyəcək, əksinə, sülh yolunda onun itkilərini artıracaq.
 
 - Bildiyimiz kimi Ermənistan höküməti günümüzdə qərbyönümlü bir siyasət oxu ilə hərəkət edir, əsasən də Fransa yönümlü. Sizcə mövcud Fransa hökümətinin zəifləməsi və yaxud hakimiyyət dəyişməsi halında Ermənistan tərəfi təkrar Rusiya tərəfinə çəkiləcəkmi?
 
- Xatırlayaq ki, ermənilər Birinci Dünya Müharibəsindən sonra 10 mindən çox əsgərini fransızlara legioner kimi xidmət etməyə göndərdi. Bu 10 min nəfər Osmanlı İmperiyasının vətəndaşları idi. Təsəvvür edin, bir ölkənin 10 min vətəndaşı başqa ölkənin silahlı qüvvələrinə çevrilir və həmin o ölkənin əmr və ambisiyalarına xidmət edərək vətəndaşı olduğu ölkənin arxasından zərbə vurur. Bunu heç bir ölkə qəbul edə bilməz. Erməni-fransız dostluğunun Fransa və ya Ermənistan hökuməti ilə heç bir əlaqəsi yoxdur, ona görə də Fransa ilə Ermənistan arasında münasibətlər heç vaxt zəifləməyəcək. Diasporun Fransada qərar qəbul etmə mexanizmlərinə təsirini nəzərə alaraq, mən bu münasibətlərin pozulmasını gözləmirəm. Təbii ki, bu günlərdə Fransa keçmişdə buraxdığı səhvlərin əvəzini ödəyərək öz dərdinin içindədir. Rusiyaya gəlincə, o, Fransadan çox da fərqlənməyən vəziyyətdədir. Rusiya bu gün qıraqda qalan problemləri ilə çətinlik çəkir, Ukrayna ilə öz xalqının istəmədiyi müharibəyə girib və bu, ölüm, iztirab və miqrasiya ilə nəticələnib. Rusiya mümkün Türk Dövlətləri Birliyinin öz sonu olacağını yaxşı bilir və həmişə bu qorxu ilə addımlar atır. Belə ki, 100 il əvvəl Zəngəzurun ermənilərə verilməsi bu qorxunun görünən formasıdır. Bu gün Ukraynada da növbəti 100 ili formalaşdırmaq üçün eyni şeyi edir. 30 illik erməni işğalından sonra Azərbaycana Qarabağ bölgəsini qaytarmağa göz yuman Rusiyaya etibar etməməliyik. Rusiya 30 ildən sonra yenidən ermənilərin bu torpaqları işğal etməsinə icazə verə bilər, ona görə də Azərbaycan öz maraqlarını düşünməlidir.
 
- Ermənistan tərəfi beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycana çox yaxın ərazidə, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Beynəlxalq təşkilatlar və QHT-lər ümumiyyətlə yeni açılan metaləritmə zavodu və metsamordakı aes-na nəyə görə bununla bağlı addım atmırlar? Sizcə bu erməni lobbisinin fəaliyyəti ilə əlaqəli ola bilərmi?
 
- Mən bu məsələ ilə bağlı xeyli araşdırma aparmışam, Gürcüstanda, Ermənistan-Gürcüstan sərhədində və regionda yaşayan ermənilərlə görüşmüşəm. Bu bir faktdır ki, ermənilərin özləri bu Metsamor nüvə obyektindən çox narahatdırlar. Türkiyənin Metsamora ən yaxın şəhəri İğdırda xəsıliklərin sayı artıb. Son 10 ildə İranda xərçəng və digər xəstəliklərə yoluxanların sayı 100% artıb. Metsamor dərhal ləğv edilməlidir. Arazdəyən ağır metal əritmə zavodu böyük miqdarda təhlükəli tullantılar əmələ gətirən bir proses olacaq. Tullantıların yaxınlıqdakı Araz çayına axıdılması təhlükəsi var. Həm su anbarının, həm də ona bitişik ərazilərin flora və faunası zərər görəcək. Araz eyni vaxtda bir neçə əyaləti su ilə təmin edən çaydır, bu su arteriyası bütün regionun həyatını təmin edir, ona görə də Ermənistan bütün regionu ekoloji terrorla hədələyir. “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiya (Su Konvensiyası)” və BMT-nin Avropa İqtisadi Komissiyasının “Su və Sağlamlıq” Protokoluna əsasən su ehtiyatlarının təmin edilməsi və insan sağlamlığının möhkəmləndirilməsi əsas şərtlərdəndir. Sənaye və təsərrüfat fəaliyyəti bu təbii sərvətlərdən asılı olan insanların sağlamlığı və rifahı üçün arzuolunmaz nəticələrə səbəb olmamalıdır və su ehtiyatlarının qorunması bütün tərəflərin əsas vəzifəsidir.
 
- Ermənistanın münasibətlərin normallaşmasına ehtiyacı olduğu bir vaxtda tikilən Nemesis abidəsinin, bu məsələdə daha çox yol qət edəcəyini göstərən bir əlamətdir. Sizcə Ermənistan tərəfinin belə passiv-aqressiv yönümlü fəaliyyəti Cənubi Qafqazdakı vəziyyətin yaxın gələcəyinə nə cür təsir edəcək?
 
- Məsələnin mahiyyətini daha yaxşı başa düşmək üçün “Nemesis” əməliyyatının mahiyyətini qısaca xülasə etmək istərdim. Bu, 7 Osmanlı və Azərbaycan dövlət xadiminə qarşı əməliyyatdır. Əsas məqsəd 650 dövlət xadimlərinin öldürülməsi idi. 
Hücumlar:
• 19 iyun 1920-ci il, Tbilisi: Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli Xan Xoyski.
• 19 iyul 1920, Tbilisi: Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayev.
• 15 mart 1921, Berlin: Tələt Paşanın öldürülməsi:
• 5 dekabr 1921-ci il, Roma: Səid Halim Paşa.
• 17 aprel 1922, Berlin: Trabzon valisi Cemal Əzmi.
• 19 iyul 1921, İstanbul: Azərbaycanın keçmiş Daxili İşlər Naziri Behbud Xan Cevanşir öldürüldü.
• 25 iyul 1922, Tbilisi: Osmanlı İmperiyasının keçmiş Dəniz Qüvvələri naziri Cemal Paşa öldürüldü.
 
Qeyd edim ki, Nemesisin heykəlini qoymaqla Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək etməyəcək. Əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək.
 
Nurlana Hacıyeva
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı