Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Baku TV-nin analtik proqramının canlı yayımında qonaq olub.
Ednews xəbər verir ki, Umud Mirzəyev Qarabağda baş verən son hadisələr, Xankəndidəki aksiyalar, separatçıların yolu bağlaması, Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti mövuzlarında fikirlərini bildirib.
U.Mirzəyev çıxışında bildirib ki, Ermənistan törətdikləri cinayətlərin miqyasını bilir:
"Onlar gecə-gündüz, 24 saat çaba göstərirlər və dünyanın hər yerinə əl atmağa çalışırlar. Hazırda Xankəndi məsələsini müzakirə etsək, orada əli silahlı cinayətkarlar, separatçı qüvvələr, o cümlədən Araik Artunyan olmaqla, onun arxasında qüvvələr var. O qüvvələrin bir hissəsi İrəvanda, digəri Moskvadadır. Ermənistan toplum olaraq, istər qanuni, istərsə də qeyri-qanuni olsun, onlar tutduqlarını buraxmamağa çalışırlar".
Daha ətraflı video-süjetdən izləyə bilərsiniz: