“Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir” ŞƏRH

Siyasət 10:45 21.07.2023

"Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri genişləndirməkdə əhəmiyyətli maraqları var. Birincisi, İraqın Kürdüstan bölgəsində zəngin neft və qaz yataqları var. Azərbaycan bu yataqların işlənilməsinə investisiyalar qoya bilər". 

Bu sözləri Ednews-a politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin İraq Kürdüstanı ilə ortaq layihələr reallaşdırması mümkündür: 

"Digər tərəfdən, Azərbaycanla İraq Kürdüstanı qazının Türkiyə üzərindən birlikdə Avropa bazarlarına nəqli həyata keçirilə bilər. İraq Kürdüstanı öz qazını Azərbaycandan Avropaya uzanan boru xətləri ilə nəql edə bilər. Bu, TANAP və TAP boru xətlərinin ötürücülük imkanlarını artıracaq. Bununla Azərbaycanın, İraq Kürdüstanının və Türkiyənin bölgədə rolu artacaq.

İkincisi, İraq Kürdüstanı Azərbaycanın bölgənin başqa sahələrinə də investisiya qoymasını istəyir. Türkiyə şirkətləri də İraq Kürdüstanının iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırırlar. Azərbaycan şirkətləri İraq Kürdüstanının tikinti sahəsinə və yolların çəkilməsinə investisiyalar yatıra bilər".

Politoloq qeyd etdi ki, üçüncüsü, Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir: 

“Türkiyə İraq Kürdüstanı ərazisində radikal qrupların fəaliyyətlərinin qarşısını almağa çalışır. Türkiyəyə qarşı terror planlaşdıranlar bəzən İraq Kürdüstanı ərazisindən də istifadə edirlər. Bunun qarşısının alınması yollarından biri İraq Kürdüstanı rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsidir ki, bu yolla birlikdə bölgədə terrorçu fəaliyyətlərin qarşısı alınsın.

Dördüncüsü, İraq Kürdüstanında azərbaycanlılara yaxın olan türkmənlər yaşayır. Türkiyə və Azərbaycan İraq Kürdüstanı ərazisində yaşayan türkmənlərin siyasi və iqtisadi imkanlarının artmasında maraqlıdır".

E. Şahinoğlu vurğuladı ki, Prezident İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir: 

“Bu, bölgədə yaşayan türkmənlər üçün də faydalı olacaq. Beşincisi, Ermənistan da İraq Kürdüstanı ilə əlaqələri gücləndirməyə çalışır. Ermənistan İraq Kürdüstanında baş konsulluğu iki əl əvvəl açıb. Konsulluğun açılmasında Ermənistan xarici işlər nazirinin müavini iştirak etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzani ilə bu il Münhendə görüşərək ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdi. Bunları nəzərə alaraq, Azərbaycanın İraq Kürdüstanında konsulluğunun qısa müddətdə fəaliyyətə başlamasına ehtiyac var”.

Oğuz

 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı