Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev İstanbulda keçirilən IDEF-2023 müdafiə sənayesi sərgisində iştirak edirlər.
Bu barədə Ednews-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində açılan “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur. “İDEF-2023” sərgisi iyulun 28-dək davam edəcək.