Ağdam-Xankəndi yolu yüklərin daşınması üçün açılıb. Halbuki Ermənistan dövlət sərhədinin “Laçın” buraxılış məntəqəsində öz maşınlarını toplayaraq siyasi manipulyasiya və təbliğat məqsədilə təxribat törətməyə çalışır.
Azərbaycan Respublikası müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, Ağdam-Xankəndi yolu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə yüklərin daşınması üçün istifadə edilə bilər. Bu mənada Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Pezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son üçtərəfli görüşdə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu üzərində humanitar yüklərin daşınması ilə bağlı razılıq əldə olunub. Bu razılıq BXQK-nin bəyanatında da təsdiq edilib.
Sözügedən görüntüləri təqdim edirik:
Oğuz