“Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq”.
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib.
O bildirib ki, Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir:
“Regionda sabitliyin təmin olunması üçün koordinasiyalı fəaliyyət şərtdir”.