Erməni seperatçıları Laçındakı sərhər-buraxılış məntəqəsi qarşısında aksiya keçirmək niyyətinə düşərək təhlükəsizliklərinin təmin olunması üçün Rusiya sülhməramlılarına müraciət ünvanlayıblar.
Ednews xəbər verir ki, Rusiya sülhməramlıları separatçıların avtobuslarla Laçındakı sərhər-buraxılış məntəqəsinə etiraz yürüşünü müşayiət etməkdən və onların təhlükəsizliyini təmin etməkdən imtina ediblər.
Qeyd edək ki, iyulun 26-sı axşam saatlarında Ermənistan guya Qarabağın bir hissəsində məskunlaşan ermənilərin “qida ehtiyacını” ödəmək üçün 400 ton "humanitar yük"ün olduğu 19 ağırtonnajlı yuk avtomobilini (TIR) Azərbaycanla şərti dövlət sərhədinə göndərib. Lakin Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsindən onların keçidinə icazə vermir.
Buna etiraz edən separatçı dəstələr Laçın sərhəd keçid məntəqəsinə doğru etiraz yürüyüşü etmək planlayıblar.