Özbəkistan dövlət televizyasının əməkdaşı Dildora Hasanova Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub.
Ednews xəbər verir ki, Özbəkistan öz maliyyə dəstəyi ilə Füzulidə məktəb tikintisini həyata keçirib. Dildora Hasanova da bununla əlaqədar olaraq Azərbaycana səfər edib.
Qarabağda həyata keçirilən yeniqurma işlərinə xarici dövlətlərin hökumətləri və investorları da cəlb olunub. Özbəkistan hökuməti həmin ölkələr sırasındadı.
Dildora Hasanovanın sözlərinə görə, Füzulidə inşa olunan 1 nömrəli məktəb Mirzə Uluqbəy adınadır:
“Bunun da səbəbi var. Çünki Mirzə Uluqbəy Azərbaycanda doğulub. İnşa olunan bu məktəb Azərbaycan-Özbəkistan dostluğunun simvolu olacaq”.
Qonaq erməni daşnaklarının etdiyi faciələrdən də söz açıb:
“Erməni daşnaklarının törətdiyi cinayətlər yalnız Qarabağda deyil, Sovet hökuməti qurulduğu zaman Türküstan olaraq Özbəkistanda da çox yaxşı bilinir. Siz bilirsiniz ki, Sovet hökuməti qurulduğu zaman yüz minlərlər özbək, qırğız, qazax daşnaklar tərəfindən qətlə yetirilib. Ona görə də özbək xalqı daşnakların qəddarlığına Azərbaycan qədər yaxşı bəlləddir”.
Məktəbin açılışının isə Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı baş tutması gözlənilir.
Görüşlə bağlı ətrafı məlumatı video-süjetdən izləyə bilərsiniz:
Oğuz